top of page

Xəbərlər

Xaçmaz rayonunda gündəlik istehsal gücü 100 000 ədəd olan yumurta istehsalı müəssisəsi tikilir

Xaçmaz rayonunda yumurta istehsal edəcək yeni müəssisə tikilir. “Azəriyumurta” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni müəsisəsi rayonun Niyazoba kəndində 3,5 hektar ərazidə salınır. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 50 nəfər daimi işlə təmin olunacaq.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yumurta istehsal edəcək yeni müəssisənin imkanları ilə maraqlanıb. İnvestisiya qoyuluşu 3 milyon manat olan müəssisədə gündəlik olaraq 100 000 ədəd yumurta isthsal etmək mümükün olacaq.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əhalinin quşçuluq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə Niyazoba kəndində müəssisənin inşasını yüksək qiymətləndirib.

“AZTOYUQ”-dan maraqlı aksiya

"Aztoyuq” MMC prezident İlham Əliyev cənablarının sahibkarlara və iş adamlarına müraciət edərək,işçilərin işdən azad olunmaması və ixtisara salınmaması barədə tövsiyələrini rəhbər tutaraq 30 nəfər işçi ilə əmək müqaviləsi bağlamış və təsisçilərin şəxsi vəsaitləri hesabına əmək haqqlarının ödənilməsini öhdəsinə götürmüşdür.Baxmayaraq ki “AzToyuq” MMC-nin Xaçmaz rayonu Çarxı kəndi ərazisində inşa etdiyi müasir quşçuluq kompleksinin tikinti tamamlama işlərinin başa çatdırılması və müəssisənin  istismara verilməsi avqust-sentyabr aylarında planlaşdırılır və işə götürülmüş bu 30 nəfər işçi ilə əmək müqavillərinin baglanıması həmən vaxta nəzərdə tutulurdu.

“AZTOYUQ” daha 100 aztəminatlı ailənin sevindirdi.

Bu gün isə Xaçmaz rayonu Çarxı kəndində yaşayan 100 aztəminatlı ailəyə “AzToyuq” MMC tərəfindən ərzaq yardımı paylanılmışdır. “AzToyuq” MMC ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini tam olaraq dəstəkləyir və Azərbaycan iqtisadiyyatına öz tövhəsini verməyə çalışır.

“AZTOYUQ” MMC-dən növbəti xeyriyyə aksiyası

    Ümumdünya Səhiyyə təşkillatının bütün dünyada elan etdiyi pandemiya dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iradəsi və qətiyyəti sayəsində ölkəmizdə vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində xalqımızın bu bəladan xilas olması istiqamətində bütün mümkün tədbirlər həyatə keçirilir.Bu ağır dönəmdə ölkə başçısı cənab İlham Əliyev və birinçi vitse-prezident xanım Mehriban Əliyeva dəfələrlə xalqa müraciyət edərək daim öz vətəndaşlarının yanında olduqlarını sübut etmiş, vətəndaşların saglamlığının və sosial rifahının ən ümdə və pirioritet məsələ olduğunu qeyd etmişlər.

     ”AzToyuq” MMC ölkə başçısının şəxsi təşşəbüsü ilə yaradılmış koronavirusla mübarizəyə dəstək fonduna ilk ianə edən təşkillatlardan biri olmuşdur. Bundan əlavə “Aztoyuq” MMC prezident İlham Əliyev cənablarının sahibkarlara və iş adamlarına müraciət edərək,işçilərin işdən azad olunmaması və ixtisara salınmaması barədə tövsiyələrini rəhbər tutaraq 30 nəfər işçi ilə əmək müqaviləsi bağlamış və təsisçilərin şəxsi vəsaitləri hesabına əmək haqqlarının ödənilməsini öhdəsinə götürmüşdür.Baxmayaraq ki “AzToyuq” MMC-nin Xaçmaz rayonu Çarxı kəndi ərazisində inşa etdiyi müasir quşçuluq kompleksinin tikinti tamamlama işlərinin başa çatdırılması və müəssisənin  istismara verilməsi avqust-sentyabr aylarında planlaşdırılır və işə götürülmüş bu 30 nəfər işçi ilə əmək müqavillərinin baglanıması həmən vaxta nəzərdə tutulurdu.

        Bu gün isə Xaçmaz rayonu Çarxı kəndində yaşayan 300 aztəminatlı ailəyə “AzToyuq” MMC tərəfindən ərzaq yardımı paylanılmışdır. “AzToyuq” MMC ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini tam olaraq dəstəkləyir və Azərbaycan iqtisadiyyatına öz tövhəsini verməyə çalışır.

Xaçmazda illik istehsal gücü 6 min ton olan quşçuluq kompleksi tikilir

Xaçmazda illik quş əti istehsalı 6 min ton olan quşçuluq kompleksinin tikintisinə başlanılıb. Müəssisə yem fabriki, broyler və kəsim sexlərindən ibarət olacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Çarxı kəndində inşa olunan quşçuluq kompleksində yüksəkkeyfiyyətli, ixrac potensiallı quş əti və quş əti məhsulları istehsal ediləcək. 250 nəfərin işlə təmin ediləcəyi müəssisədə quş əti ilə yanaşı, ildə 10 min ton yem də istehsal olunacaq.

“Aztoyuq” MMC-nin baş direktoru Elçin Qafarov bildirib ki, layihənin ümumi dəyəri 14 milyon manatdır. Kompleksdə hər birində 40 min baş quşun saxlanacağı 20 broyler sexi fəaliyyət göstərəcək. Burada tikiləcək kəsim sexlərinin gücü saatda 2 min 500 baş quşun kəsiminə imkan verəcək.

Kompleksin tikintisinə altı ay öncə başlanılıb. Tikinti işlərinə yerli və xarici mütəxəssislər cəlb olunub. Müəssisənin ümumi ərazisi 50 hektardır. Bu ərazinin 10 hektarında broyler və kəsim sexləri, yem fabriki inşa olunacaq. 35 hektar sahədə isə fındıq bağları salınacaq. Digər 5 hektarda yaşıllıq və istirahət zonası yaradılacaq.

“Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ərzaq təhlükəsizliyi məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, bu sahəyə xüsusi diqqət göstərilməsini tövsiyə edib. Biz də bu tövsiyələrə uyğun olaraq, ölkədə sahibkarlara yaradılan şəraitdən faydalanmaqla belə bir quşçuluq kompleksinin tikintisinə başlamışıq”, - deyə Elçin Qafarov bildirib.

Quşçuluq kompleksinin bu ilin yay aylarında başa çatdırılması nəzərdə tutulub.

Yeniliklərdən xəbərdar ol !

Təşəkkürlər. Yeniliklər olduğu zaman sizə məllumat veriləcək

Ünvan

Xaçmaz rayonu,

Çarxı kəndi

(Çarxı quşçuluq sovxozunun ərazisi)

Əlaqə

Telefon :  +994125622542

© 2016 - 2022. AzToyuq - Bütün hüquqlar qorunur.

© 2016 - 2025 AzToyuq - Bütün hüquqlar qorunur.

bottom of page